Back to Top

Badclause - Od (feat. Alim Qasımov) Lyrics

Hisslər tanrıdır xaliq olan mənəm, ən gözəl dərdə layiq olan mənəm
Müharibəsiz tək qalib olan mənəm, ən gözəl həyata ani qonaq gələn
Ölümdən betər aldığım hər nəfəs, agah edir məni dönüm bəlkə də
Bir neçə söz ilə könül fəth edən, yalançının bitir ömrü qəflətən
Sönür pərdələr yandırır ocağımı, günəşin naləsi şəfəq vaxtında
Unudasan hərkəsi gərək vaxtında... fələk çarxında
Dövr edən aləmin əlacı yoxdur ki hakim ola nəfsə cənnət bağında
Hər yan dağ onda bir ağac budağından qopdu meyvə yarandı od onda
Qanadı qolundan ayrı düşən bir kəs var idi qaçan insan donunda
Gözdən itdi qürub edəndə günəş və yer-göy peşman oldu bir əməldən
Nur camalından vəhşilik axırdı çirkab ruhuna övlad-i adəm
Havaya qarışan su damcısı oda həsrət, bədən isə torpaqdan ibarət
Milyon ilə xas düşüncələrə məhkum ağlımı bir neçə fikir qarışdırır
Doğru cavabı tapmaq yerinə, sualı düzgün verə bilməkdir çalışdığım
İyirmi bir il öncə cismim gəlibsə, ruhum hardaydı indiyə kimi?
Kim olduğumu kimsələrdən soruşmaq istədim özgə cildinə girib
Sağ qalanlardan adımı soruşdum, dedilər ölülər daha yaxşı bilər
Ölülərə soranda cavab gəldi ki, sağ qalanlar elə sən kimilərdilər
Minlərlə insan, onlarla dini inancın arasından bir dahi
Onun ölümü hər kitabda yazılır, amma öldürənin ömrü şifahi
"Qiyabi olan əfsanələr idi"
Seyrinə çıxdığım ellərin eybini qeyd edəndə gileyini nə bileydim?
Leyl ilə geydirdiyi meyidi qeyb edən insanın gərək ürəyini görəydim
Yenə deyinəydim, gərək ürək-dirək verib öyünəydim ki
Mən həyatın o yolunu keçmişəm çoxdan ona görə yerə vurma kürəyini
Məni bir də can verəndə görəydin ürəyim köləydi körpətək əllərində
Mən can tapardım ömrün qəfəsində və çırpınardım hər dəfəsində
Hər nəfəsimdə sənə and verən kəsəm otağında dolanan ən qəliz səsəm
Səni çox sevəcəm söz verirəm əgər sirrimizi tanrı bilməsə
[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.

Writer: Mirmovsum Ahmedov
Copyright: Lyrics © O/B/O DistroKid

Back to: Badclause

Badclause - Od (feat. Alim Qasımov) Video
(Show video at the top of the page)

Performed By: Badclause
Length: 3:14
Written by: Mirmovsum Ahmedov

Tags:
No tags yet