Filənkəsin qızı - filənkəsnən gəzir
Filənkəsin bacısı - siqaret çəkir
Filənkəsin oğlu - sevir bir qadını
Qadın boşanıb - var 2 övladı
Sadə ailənin qızı - alıb özünə maşın
100% kimsə var - pullu yekəqarın
Bu cür axmaq düşüncələr - yaşayacaq sənin beynində
Nə qədər orada oturubdur yengə
Öldür yengəni - təmizlə düşüncəni
Öldür içindəki o yengəni
Qonşumuzun qızı - işdən gec qayıdır
Yəgin ki rəis onu oppalara aparır
Əhmə kişinin oğlu - vurdurub özünə tatu
Hamı deyir ki: uşaq - nəşəxordu
Filənkəsin oğlu - başlayıb müğənniliyə
100% bütün pulları verəcək o içkiyə
Bu cür axmaq düşüncələr - yaşayacaq sənin beynində
Nə qədər orada oturubdur yengə
Öldür yengəni - təmizlə düşüncəni
Öldür içindəki o yengəni
Yengəni öldürmək üçün - bir yolu var
Bu işdə sizə kömək olacaq - kitablar
Öldür yengəni - təmizlə düşüncəni
Öldür içindəki o yengəni